2019-02-21 17:17:24   |   168 dəfə oxunub

“Cəmiyyətimiz radikalizmi qəbul etmir”



Bakı Şəhər İcra Hakimiyyəti radikal müxalifəti təmsil edən "Milli Şura”nın fevralın 23 nə təyin etdiyi mitinqinə icazə verməyib. İcazənin verilməməsi onunla əsaslandırılıb ki, yanvarın 19 da müxalifətin keçirdiyi mitinqdə ictimai asayiş pozulub. Mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb.

Mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər. Belə olan halda BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun hesab edir. Həmçinin mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər.

Hər zaman olduğu kimi, "Milli Şura” tərəfdarları, mitinqə icazə verilməməsi səbəbini başqa istiqamətə yönəltməyə, qarayaxma kampaniyasına başlayıblar. Radikal müxaliflər belə hesab edirlər ki, aksiyaya icazə verilməməsi söz azadlığına və sərbəst toplaşmaq azadlığına ziddir.

Amma bu radikalların yenidən qərəzli və absurd iddiada olduqlarını açıq şəkildə ortaya qoymağa başlayıblar. Söz azadlığı ilə bağlı deyilənlər kökündən yalnış yanaşmadır. Ona görə ki, Azərbaycan internetin azad olduğu məkanlardan, mətbuatın azad fəaliyyət göstərdiyi ölkələrdən biridir. Hər kəs sərbəst şəkildə fikirlərini internetdə, sosial şəbəkələrdə açıq şəkildə bildirir və həmin şəxsə qarşı hər hansı təzyiq edilmir. 

Necə ki, müxaliflərin özləri internet resurslarından hər gün yararlanırlar. O başqa məsələdir ki, cəmiyyət bu insanların ağ yalanlarına inanıb, dəstəkləmir. Dəstək görmədikləri üçün də qarayaxma kampaniyasına başlayıb, qərəzli bəyanatlar səsləndirirlər. Xalq hazırkı iqtidarı dəstəkləyir, hazırkı iqtidarın siyasətini bəyənirsə, təbiidir ki, radikal qüvvələrin boşboğazlığına, populist çıxışlarına inanmayacaq. Vətəndaşların bu radikallara dəstək verməməsinin günahını radikallar özlərində axtarmalıdırlar. Azərbaycan xalqı müdrik xalqdır, kimin həqiqətən xalq üçün çalışdığını gördüyü kimi, kimlərin də xarici anti-Azərbaycan qüvvələrin "əlinə oynadığını” yaxşı bilir.


Vəziyyəti dəyərləndirən millət vəkili lFəzail Ağamalı "Sherg.az”a deyib ki, Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmir:

"Azərbaycan xalqı cəmiyyətə xaos gətirməyə çalışan, Azərbaycanın əldə etdiyi uğurlara problem yaradan, onu ərəb ölkələrinə çevirən, kataklizm üzərində siyasətini quran qüvvələri yaxşı qarşılamır. Bizim cəmiyyətə, bu gün normal münasibətlər sistemində öz işini qurmayan, xalqın problemləri üzərində öz ambisiyalarını həyata keçirən qüvvələr lazım deyil. Ona görə də, Özünü müxalifət adlandıran partiyalar faktiki olaraq ofis partiyalarına çevriliblər. Onların bundan sonra fəaliyyəti və cəmiyyətə təsiri sıfıra bərabərdir”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25