2019-02-21 17:37:59   |   217 dəfə oxunub

İrqçi piroq qaradərililəri ayağa qaldırdı – Fabrik rəhbəri üzr istədi - Fotolar



Fransanın Lion bölgəsində Saint-Bonnet-de-Murdə bir şirniyyat fabrikinin istehsal etdiyi piroq ciddi mübahisələrə səbəb olub.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, «Mamadou» adı ilə, qara rəngli insan başı formasında istehsal olunan qaradərililərin etirazına yol açıb. Onlar bunu qərəzli şəkildə istehal oldunğunu bildirərək məlum fabriki irqi ayrı-seçkiliyə yol verməkdə ittiham ediblər. Buna dair "Twitter” və "Facebook” sosial şəbəkəsində videolar yayıblar.

Məlum videodan sonra həmin fabrikin rəhbəri Anj Filippi də bir video paylaşaraq bütün qaradərililərdən üzürxahlıq edib və həmin piroqu satışdan çıxardıqlarını elan edib:

"Kimin qəlbini dəyin üzmüşüksə, üzr istəyirik. Bu məhsul artıq satışdan çıxarılıb. 


Çox təəssüf edirik. Bu, ilk dəfə idi ki, biz qara rəngli və adam başı formasınada piroq istehsal edirdik. 3 ildir ki, bu piroq satışdadır. Amma heç kim buna irad tutmamışdı. Bütün hallarda sizin narazılığınızın şahidi olduqdan sonra onu bazardan çıxardıq. Bir daha üzr istəyirik”.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-03-24