2019-02-21 18:18:54   |   259 dəfə oxunub

“Paşinyanın hakimiyyəti "sabun köpüyü" kimi şeydir” – Aktual



"Əslində Paşinyanın heç nə edə bilməyəcəyi və onun dövründə əhalinin sosial-iqtisadi vəziyyətində müsbətə doğru heç bir addımın atılmayacağı gözlənilən idi”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.

Analitik bildirib ki, "Qarabağ klanı” ölkəni elə çapıb talayıb ki, bu vəziyyəti düzəltmək mümkünsüzsür: 

"Heç bir idarəçilik təcrübəsi olmayan, təsadüfi yığılmış adamlarla hakimiyyətə gələn biri nə edə bilərdi? Ümumilli liderimiz Heydər Əliyevin məşhur sözü var, deyirdi ki: "Hakimiyyətə gəlmək asandır, əsas odur ki, ölkəni idarə etməyi bacarasan”. Təxminən 3 aydan sonra Paşinyanın hakimiyyətə gəlməsinin 1 ili tamam olacaq. Ancaq bu müddət ərzində hökumət xalqın rifahının yaxşılaşması üçün heç bir qanun lahiyəsi təqdim etməyib. Bu da xalqda ümidsizlik yaradıb.

Politoloq vurğulayıb ki, Koçaryan-Sarkisyan hakimiyyəti zamanı erməni xalqının təsəlli yeri o rejimə qarşı olan müxaliflər idi: 

"Əhali ümid edirdi ki, bəlkə onlar hakimiyyətə gələr və vəziyyəti düzəldər. Nəticədə inqilab baş verdi və 20 illik cinayətkar rejim hakimiyyətdən devrildi. Ancaq onların rəğbət bəslədiyi şəxs heç bir şey edə bilmədi. Paşinyana yaxın olan bir çox mətbu orqanlar və ekspertlər artıq yeni konstitusiya dəyişikliyindən söz açırlar. Düşünürəm ki, çox yaxın gələcəkdə Paşinyan ölkənin əsas qanununu "öz əyninə uyğun şəkildə biçəcək”. Ölkədə yeni müxalif birliklər yaranmaqdadır. Rusiyaya xüsusi yaxınlığı ilə bilinən və "Qazprom”un rəhbərliyində təmsil olunmuş Karen Karepetyan yeni siyasi birlik axtarışına çıxıb. Paşinyanın hakimiyyəti sabun köpüyü kimi şeydir. Məsələ seçkidə yüksək səs almaqla deyil, o, artıq xalqın etimadını itirir. Çünki heç bir əməli fəaliyyəti yoxdur. Nüfuzunu qorumaq üçün də heçnə etmir. Belə dağınıq və təcrübəsiz bir komanda ilə nəsə etmək mümkün deyil”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-21
2019-05-20