2019-02-21 18:27:57   |   247 dəfə oxunub

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirir



"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın I vitse-prezident təyin olunmasının iki ili tamam olur. Keçən illər ərzində Mehriban xanım I vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib. Ölkədə aparılan sosial siyasətin müəyyənləşdirilməsində və həyata keçirilməsində Mehriban xanım I vitse-prezident kimi xüsusi rola malikdir. Onun elm, təhsil, mədəniyyət, idman və digər sosial sahələrin inkişafına yönəlmiş fəaliyyəti, ölkədə aparılan quruculuq prosesində yaxından iştirakı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”.

Bu sözləri "Sherg.az”a a millət vəkili Rauf Əliyev söyləyib. Parlament üzvü qeyd edib ki,
Mehriban xanım fəaliyyətinin bir istiqamətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə həsr edir:

"Buna misal olaraq, valideyn himayəsindən məhrum uşaqlara dövlət qayğısının göstərilməsini, xəstələrin müalicəsi, əliliyi olan şəxslərin reablitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq baxçalarının, xəstəxana və poliklinikaların tikilməsi və sair faktları göstərmək olar.

Son illərdə Azərbaycanda bütün sahələrdə, o cümlədən dövlət tərəfindən əhaliyə göstərilən sosial xidmətlər sahəsində böyük uğurlar əldə olunmuşdur. 2012-ci ildən başlayaraq dünyada ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayan , Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar Agentliyinin və onun bölgələrdə fəaliyyət göstərən "ASAN xidmət” mərkəzləri tərəfindən əhaliyə sadələşdirilmiş, tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında, yüksək səviyyədə xidmətlər göstərilir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 100% təşkil edir. Bilavasitə Mehriban xanımın təşəbbüsü ilə bu sahədə növbəti mühüm addım atılmışdır. Əhalinin sosial vəziyyətinə bilavasitə təsir göstərən məşğulluq, əmək, sosial müdafiə və təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın

artırılması, inovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST(Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi yaradılmışdır. "DOST” Agentliyinin və Mərkəzlərinin yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında müvafiq layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsinin və Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasının I vitse-prezdent kimi Mehriban xanıma həvalə olunması, sosial sahədə aparılan islahatlara, dövlət tərəfindən sosial xidmətlərin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir”.

R.Əliyev onu da əlavə edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə, mədəniyyət sahələrində müxtəlif layihələrin həyata keçirilməsində misilsiz rola malikdir: 

"Mehriban xanımın təşəbbüsü ilə Avropanın eləcədə dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti, incəsənəti təbliğ olunur. Belə tədbirlərin keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır.

Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ən yaxın silahdaşıdır. Tam əminliklə demək olar ki, Mehriban xanım bunda sonra da cənab Prezidentlə birlikdə Azərbaycan xalqının sosial rifah halının daha da yaxçılaşdırılması məqsədi ilə qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirəcəkdir”.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26