2019-02-21 19:09:11   |   194 dəfə oxunub

Yeni Milli Meşə Proqramının ilkin layihəsi hazırlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni hazırladığı Milli Meşə Proqramının ilkin layihəsi müzakirəyə çıxarılıb.

"Sherg.az"ın məlumatına görə, Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib ki, yeni Milli Meşə Proqramının hazırlanmasının məqsədi meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasına, mövcud beynəlxalq təcrübənin öyrənilməsi ilə meşə sisteminə müasir yanaşma prinsiplərinin təhlilinə yönəlib.

2020-2030-cu illəri əhatə edəcək proqram Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rol oynayacaq.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26