2019-02-21 19:12:43   |   145 dəfə oxunub

Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb


Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) İon-Adriatik qaz kəməri (IAP) layihəsinin reallaşdırılması üçün zəmin yaradıb.

Trend-in məlumatına görə, bunu Albaniya Prezidenti İlir Meta deyib.

Prezidentin sözlərinə görə, TAP-ın bir qolu olan IAP Azərbaycan qazının Monteneqro və Bosniya və Herseqovinadan keçməklə Albaniyadan Xorvatiyanın Split şəhərinə nəqlini nəzərdə tutur:

"Hazırda uğurlu texniki-iqtisadi əsaslandırmadan sonra Albaniya və Monteneqro hökumətləri Avropa İttifaqından layihənin icrası üçün 2,5 milyon avro məbləğində qrant alıb”.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25