2019-02-21 22:06:16   |   178 dəfə oxunub

İraq həbsxanalarında Tacikistandan olan 92 uşaq və 43 qadın saxlanılır



İraq həbsxanalarında Tacikistandan olan 92 uşaq və 43 qadın saxlanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin məlumat verib. Nazir vurğulayıb ki, bu işlərlə məşğul olmaq üçün Tacikistan İraqda səfirlik açıb. Hazırda Xarici İşlər Nazirliyi Bağdaddakı səfirlik, Qırmızı Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlar vasitəsilə müharibənin qurbanı olan taciklərin vətənə qaytarılması istiqamətində iş aparır.

Nazir deyib ki, uşaqların bəzilərinin hər iki, bəzilərinin bir valideyni müharibədə həlak olub. İraq qanunlarına görə, uşaqları ölkədən çıxarmaq üçün valideynlərinin icazəsi və hər uşağa görə rüsum ödəmək lazımdır.

Xatırladaq ki, keçən il dörd tacik uşağı İraqdan gətirmək mümkün olub.




SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23