2019-02-21 22:59:24   |   92 dəfə oxunub

Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”



"Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze jurnalistlərə bildirib.

O deyib ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: "Bu cinayətin müddəti köhnəlmir. Xocalıda günahsız qadın, qoca və uşaqları qətlə yetirənlər layiqli cəzalarına çatmalıdırlar. Növbəti parlament seçkilərində partiyamız qanunverici orqanda yer qazansa, biz, Xocalıda törədilənlərin soyqırımı kimi tanınması məsələsini mütləq dəstəkləyəcəyik”.

L.Çxeidze qeyd edib ki, Gürcüstan beynəlxalq arenada Azərbaycanın dəstəyinə böyük dəyər verir: "Hər iki dövlət strateji tərəfdaşdır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Regionda sülh tezliklə bərqərar olmalı və bölgə gələcək nəsillərə münaqişələrsiz ötürülməlidir”.




SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20