2019-02-24 20:57:39   |   219 dəfə oxunub

“Mimino” filminin rejissoru süni komaya salınıb



Ağ ciyər sətəlcəmi diaqnozu ilə Moskva klinikalarının birinə yerləşdirilən rejissor Georgi Daneliya süni koma vəziyyətinə salınıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Qalina Daneliya məlumat verib.

"Həkimlər onu tibbi komaya salıblar. Hazırda müayinələr aparılır, vəziyyəti izlənilir”, - deyə o bildirib.

Georgi Daneliya 1930-cu ildə Tbilisidə doğulub. "Mimino” (1977), "Afonya” (1975) kimi məşhur kinokomediyaları çəkib.




SON XƏBƏRLƏR

2019-04-18