2019-03-10 22:05:53   |   190 dəfə oxunub

İsveç “Eurovision-2019” iştirakçısını müəyyənləşdirib



İsveçi Təl-Əvivdə keçiriləcək "Avrovision-2019” Mahnı Müsabiqəsində Con Lundvik təmsil edəcək.

ONA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, C. Lundvik İsveçdə hər il "Avrovision” Mahnı Müsabiqəsi ilə əlaqədar keçirilən musiqi festivalının qalibi olub.

C. Lundvik 6 yaşına qədər Londonda onu qəyyumluğa götürən ailə ilə yaşayıb, daha sonra bu ailə ilə birlikdə İsveçə gəlib. C. Lundvik 2018-ci ildən "Avrovision” Mahnı Müsabiqəsinə qatılmaq üçün İsveçdə keçirilən musiqi festivalında iştirak etməyə başlayıb və həmin il musiqi festivalında üçüncü yeri tutub.

Qeyd edək ki, İsveç "Avrovision” Mahnı Müsabiqəsində 59 dəfə iştirak edib, 6 dəfə birinci yeri tutub. Mahnı müsabiqəsində İsveçin Ən məşhur iştirakçısı ABBA qrupu olub. ABBA 1974-cü ildə "Waterloo” mahnısı ilə "Avrovision” Mahnı Müsabiqəsinin qalibi olub.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26