2019-03-11 06:26:11   |   77 dəfə oxunub

Əlcəzairin Prezidenti iki həftədən sonra İsveçrədən ölkəyə qayıtdı


Əlcəzairin Prezidenti Əbdüləziz Buteflika iki həftədən sonra İsveçrədən ölkəyə qayıtdı. Trend-in məlumatına görə, ölkə başçısının təyyarəsi Bufarik hərbi aerodromunda yerə enib.

82 yaşlı Buteflika İsveçrədə tibbi müayinə keçirdi.

Qeyd edək ki, Buteflika ölkədə 24 fevraldan bəri yox idi. Əlcəzairdə onun beşinci dəfə Prezidentliyə namizədlik verməməsi üçün minlərlə insan etiraz aksiyalarına qoşulub.




SON XƏBƏRLƏR

2019-03-20