2019-03-13 19:56:11   |   164 dəfə oxunub

Professor tələbə ilə RAZILAŞIR: “Məzmun, anlama, dərk etmə kənarda qalır”



"Tələbənin dediyində həqiqət var və onu müdafiə etmək lazımdır”.

Bu sözləri "Sherg.az”a "AzEdu.az"ın "700-lük müsahibələr” layihəsi çərçivəsində 700 bal toplamış tələbənin "Uşaqlıqdan əzbərçiliyə alışdırılmışıq, amma, bu, bizim günahımız deyil” fikrinə münasibət bildirərkən professor, ictimai-siyasi xadim Şahlar Əsgərov deyib.

"Təhsil sitemini əzbərçiliyə gətirib çıxaran test sistemidir. Bu sistem uşaqları əzbərçiliyə yönəldir və cavabları qısa müddət üçün yadda saxlamağa sövq edir. Bu da müəyyən müddət sonra yaddan çıxır. Yəni məzmun, anlama, dərk etmə hamısı kənarda qalır. Bu yaxınlarda Çindən gələn yüksək rütbəli məmur Rusiyada test sistemini tənqid atəşinə tutaraq deyib ki, test sistemi Rusiyanı çox geri salır”.

Məsələnin həll yolu göstərən professor qeyd edib ki, əzbərçilikdən imtina etmək lazımdır:

"Çıxış yolu olaraq alternativlər çoxdu və bu min yoldan birini seçmək lazımdır”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-05-20