2019-03-13 21:26:18   |   171 dəfə oxunub

BQXK-ə necə inanaq ki... ?! - Girovların ailəsi çox narahatdır



"Aylardır ki, qardaşımdan xəbər gəlmir”.

Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə Ş.Quliyevdən ötən il xəbər alıblar:

"Həmin vaxtdan bu yana heç bir dəyişiklik yoxdur. Bununla bağlı bir neçə dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib, etirazımı bildirmişəm. Amma heç bir nəticə əldə edə bilmədim. Komitənin nümayəndələri bildirirlər ki, Şahbazın özü məktub yazmaqdan imtina edib. Neçə vaxtdır ki, qardaşımdan xəbərsizəm. Çox narahatam. 

Ən azı yaxşı olduğunu bilmək istəyirəm. Komitənin işçiləri şifahi formada qardaşımın yaxşı olduğunu deyir. Amma buna inana bilmirəm. Necə inanım ki? BQXK tərəfindən üç aydan bir bizə Şahbazadan video və ya foto şəkil gəlməli idi. Lakin bunlara da əməl olunmur. Ötənlərdə gedib müraciət etdim. Yenə heç bir nəticə əldə edə bilməyib əsəbləşdim. Qadaşımdan çox nigaranam”.

Ş.Quliyevlə birgə saxlanılan digər girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov söylədi ki, uzun müddətdir, atasından heç cür məlumat ala bilmir:

"Atama görə, çox narahatam. Çünki onun necə olduğunu bilmirik. Əvəllər məktubnu alırdıq. Amma indi bundanda məhrumuq. Axrıncı dəfə atamdan 2017-ci ildə məktub almışıq. O vaxtdan bu yana xəbər ala bilmirəm. Sadəcə, BQXK-nin nümayəndələri şifahi formada deyir ki, atan yaxşıdır. Amma bundan da əmin ola bilmirəm. Bununla bağlı mart ayının sonu geniş mətbuat konfransı keçirəcəm”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2019-05-20