2019-03-14 00:20:59   |   94 dəfə oxunub

Şəmkirdə ərlə arvadı avtomobil vurub - YENİLƏNİB


Şəmkirdə piyadaların vurulması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. ONA-nın qərb bürosunun məlumatına görə, vurulan piyadalar 77 yaşlı Çingiz Hacıyev və onun həyat yoldaşı 68 yaşlı Çinarə Heydərovadır. Həmin vaxt "Mercedes" markalı avtomobili Şəmkir rayonunun Sarıtəpə kənd sakini 37 yaşlı Əzəlxan Xəlilov idarə edirmiş.

***

Saat 22:42

Şəmkirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistral yolunun rayonun Sabir kəndindən keçən hissəsində qeydə alınıb. Hələ ki adları məlum olmayan 2 piyada yolu keçmək istəyərkən "Mercedes" markalı minik maşını onları vurub.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılr.




SON XƏBƏRLƏR

2019-03-20