2019-03-14 00:22:07   |   174 dəfə oxunub

Xəstəxanada 4 aylıq uşaq öldü


Oğuzda dörd aylıq uşaq ölüb. Oxu.az verir ki, dünən Oğuz Mərkəzi rayon Xəstəxanasına dörd aylıq qız uşağı gətirilib.
Uşaq xəstəxanaya ağır vəziyyətdə daxil olub. Həkimlər bütün zəruri müdaxilələri edərək uşağı komatoz vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndəriblər.
Şəki Birləşmiş Uşaq Xəstəxanasından saytımıza verilən məlumata görə, uşağın xəstəxanaya meyiti gətirilib: "Uşaq ağır vəziyyətdə bizə göndərilən zaman yolda dünyasını dəyişib. Təcili Tibbi Yardım maşını uşağı ölü vəziyyətdə xəstəxanaya gətirib”.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaq Oğuz Mərkəzi rayon Xəstəxanasına komatoz vəziyyətdə daxil olub: "Uşağa baxış keçirilən zaman beyinə qansızma diaqnozu qoyulub. İlkin tibbi yardımlar göstərilib. Vəziyyətində irəliləyiş olmadığı üçün Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Lakin uşaq xəstəxanaya çatmamış yolda dünyasını dəyişib”.

Hadisə yerinə Şəki rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.








SON XƏBƏRLƏR

2019-05-20