2019-03-14 11:27:58   |   145 dəfə oxunub

Dalana dirənmiş Paşinyan nədən qorxur ? – Aktual Şərh




"Ermənistan baş nazirinin Dağlıq Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirməsini "xalqları sülhə hazırlamaq” missiyası kimi təqdim etməsi riyakarlıqdan başqa bir şey deyil”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müasivini Vasif Əfəndiyev deyib.

Ekspert bildirib ki, iclasın Qarabağda keçirilməsi Ermənistan hakimiyyətində də birmənalı qarşılanmayıb:

 "O səbəbdən də Prezident Armen Sarkisyan Xankəndinə gəlməkdən imtina edib. Separatçı Qarabağ rejimi də Paşinyanın Dağlıq Qarabağa sahib kimi girməsindən rahatsızdır. Paşinyan bu addımı ilə erməni əhalisinə vəziyyətə nəzarət etdiyini göstərmək istəyir. Paşinyanın həm də əsas məqsədlərindən biri separatçı rejim rəhbərliyini dəyişməkdən ibarətdir. Paşinyanın əsas məqsədi isə danışıqların istiqaməıtini dəyişdirərək yenidən onu uzunmüdətli məcraya yönəltmək məqsədini daşıyır. Paşinyan çox gözəl anlayır ki, işğal olunmuş ərazilərin, ilk növbədə 5+2 formatında rayonların qaytarılması qaçılmazdır. İndiyə qədər xalqına verdiyi yalan vədlər qarşısında sülh müqaviləsini imzalamağa qorxur. Bu məsələdə "Qarabağ klanı” Paşinyana davamlı olaraq təzyiqlər edir. Kremlin buqələmun siyasi texnoloqu Aleksandr Duqinin 5 rayonun qaytarılması məsələsini hələlik gündəmdən çıxartmaq təklifi də başladılan oyunun simptomlarıdır. Beynəlxalq birliklərin və ATƏT-in müharibə variantının gündəmdən çıxarılması tələbi də güclənən ordumuzun və torpaqlarımızın işğaldan azad etmək istəyimizi söndürmək məqsədini daşıyır”.

Analitik bildirib ki, Azərbaycan güc faktorunu davamlı olaraq işğalçı qüvvələrə göstəməkdən imtina etməməlidir: 

"Torpaqlar işğaldan azad olunmayana qədər Ermənistan müharibə qorxusu altında yaşamalıdır. Paşinyanın Xankəndinə verdiyi primitiv və ciddi qəbul olunmayan bəyanatları müzakirə mövzusu olmaq gücündə deyil. 

Onun danışıqlarda separatçı rejimin iştirakı tələbi yersiz və prespektivsizdir. Üstəlik utanmadan Prezident İlham Əliyevi danışıqlarda Qarabağın icma nümayəndəsi kimi qəbul edə biləcəyini deməsi bu adamın reallıq hisslərini itirməsi anlamına gəlir. Bütün bunlar isə dövlət başçısı İlham Əliyevin Paşinyanı küncə sıxışdırmasından irəli gəlir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-20