2019-03-14 11:34:15   |   98 dəfə oxunub

“Rusiya XİN-in idarəçi vəzifəsində çalışanlar ermənipərəst mövqeləri ilə fərqlənirlər”



"Erməni əsilli şəxsləri ölkəyə buraxmamaq Azərbaycanın ən təbii haqqıdır”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Analatik bildirib ki, Azərbaycan xalqı yüz illər boyu ermənilərin törətdikləri terror və suiqəsd hadisələrindən əziyyət çəkib: 

"Lakin, bu məsələni Rusiya rəsmiləri çox şəxsiləşdirir. Bu təcrübə sadəcə Rusiya vətəndaşlarına deyil, eyni zamanda bütün dünya ermənilərinə tətbiq olunur, o da istisna hallarda. Bu, vətəndaşlarımızın təhlükəsizliyi üçündür.

Amma erməni əsilli Rusiya vətəndaşları həmişə ölkəmizə rahat şəkildə gəliblər. Avropa və İslam oyunları zamanı ölkəmizdə bu qəbildən olan minlərlə turist var idi. Görünən odur ki, erməni lobbisi Azərbaycan-Rusiya münasibətlərinin bu qədər inkişaf etməsindən narahatdır. Sıx əlaqədə olduqları bəzi rus rəsmilərinin əli ilə iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirmək istəyirlər”.

Ekspertin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin əhalisinə etdiyi xəbərdarlıq əsassızdır: 

"Ümumiyyətlə, bu qurumun idarəçi vəzifəsində çalışanlar hər zaman ermənipərəst mövqeləri ilə fərqləniblər. Rusiya vətəndaşları özlərini Azərbaycanda Rusiyadakından daha təhlükəsiz hesab edirlər. Bunu istənilən rus vətəndaşı da təsdiq edə bilər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-20