2019-03-14 18:25:37   |   118 dəfə oxunub

"Azərbaycan multikulturalizmə könül verməsini bütün dünyaya çatdırır" - Jurnalist

"Azərbaycan istənilən halda multikulturalizm dəyərlərinə sadiqdir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Ekspert bildirib ki, ölkəmiz multikultural dəyərləri özü üçün strateji bir yol olaraq seçib: 

"Azərbaycan multikulturalizmin elə bir modelini yaradıb ki, bu yol bütün xalqlar arasında sülh, qarşılıqlı anlaşma və qardaşlığın ən yüksək səviyyədə təmin edilməsi şəraitinə imkan yaradır. Biz başqa xalqlar və millətlərlə birgə yaşamağın tərəfdarıyıq. 

Bunu yalnız sözdə demirik, əməllərimizdə göstəririk. Düşünürük ki, indiki qarışıq zamanda dünyanın xilası da məhz multikulturalizmdən keçir. Yəni, millətlərin qarşıdurması zamanı çıxış yolu yalnız hər kəsin digərlərinə qucaq açması, anlayışlı yanaşmasıdır. 

Ona görə də cənab Prezident bu günkü forumdakı çıxışında Azərbaycanın multikulturalizmə könül verməsini bütün dünyaya vurğulayır. Ölkə başçısı digər dövlətlərə mesaj ötürərək bildirir ki, Azərbaycan üçün multikultural model var və bu model çox uğurlu, eyni zamanda işləkdir. Düşünürəm ki, çox doğru bir yol seçmişik və bu yolun da təkrar olaraq dünyanın diqqətinə çatdırılmasında böyük fayda var”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bildirib ki, Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-03-20