2019-03-14 18:37:17   |   217 dəfə oxunub

“Bu möhtəşəm tədbir ölkəmizin gücünü bir daha sübut etdi” - Politoloq



"Bakının bu cür möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin gücünü anti-Azərbaycan qüvvələrinə bir daha sübut etdi”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Analitik bildirib ki, tədbirə 50 ölkədən olan 500 nümayəndə qatılıb. Bu isə beynəlxalq arenada ölkəmizin rolunun nə qədər böyük olduğunun göstəricisidir: 

"Tədbir zamanı cənab Prezident İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqədar etdiyi çıxış düşmən ölkəyə daha bir ciddi mesaj oldu. Yəqin ki, Paşinyan artıq danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar istəyinin puç olduğunu anladı. Əslində danışıqların formatının dəyişdirilməsi ilə bağlı onun başqa məqsədləri var idi. O, separatçı rejimi danışıqlara əlavə etməklə Qondarma "Dağlıq Qarabağ respublikasını” dünyaya tanıtdırmaq istəyirdi. Lakin, Azərbaycan dövlət başçısının uzaqgörən siyasəti sayəsində işğalçı ölkənin bu planı da işə yaramadı. Paşinyan hökümətinin danışıqların formatını dəyişmək istəyi qəbul edilməzdir və bu, heç zaman baş verməyəcək. Cənab Prezident konfrans zamanı vurğuladı ki, danışıqlar yalnız danışıqlar xətrinə aparılmamalıdır. Bunu isə münaqişənin həllinə çalışan beynəlxalq təşkilatlara və həmsədr ölkələrə bir mesaj kimi qiymətləndirmək olar. Çünki münaqişənin bu qədər uzanmasının daha bir səbəbi də onların məsələyə məsuliyyətsiz yanaşmasıdır”.

Qeyd edək ki, VII Qlobal Bakı Forumunda çıxış edən dövlət başçısı İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda format dəyişikliyi yolverilməzdir. Ölkə rəhbəri vurğulayıb ki, Ermənistanın, xüsusən Paşinyan hökumətinin formatı dəyişdirməyə cəhd etməsi, bu yöndə addımlar atması qəbuledilməzdir: "Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-20