2019-03-15 00:13:04   |   81 dəfə oxunub

“Brexit” razılaşması parlamentdə üçüncü dəfə səsverməyə çıxarılacaq



Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa Birliyi ilə əldə etdiyi "Brexit” razılaşmasını üçüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə açıqlama ilə çıxış edib. Bildirib ki, əgər millət vəkilləri "Brexit”in uzun müddətlik təxirə salınma riskini almaq istəmirlərsə müqaviləni təsdiqləməlidirlər.

Avropa Şurasının sədri Donald Task öz "Twitter” hesabından etdiyi açıqlamada belə deyib: "Əgər Böyük Britaniya "Brexit” strategiyasını yenidən nəzərdən keçirmək və kompromisə gəlmək istəyirsə, üzv olan ölkələrdən Şuranın iclası zamanı uzun müddətlik təxirə salma prosesinin başlanması çağırışını edəcəyəm”.

Qeyd edək ki, "Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib.




SON XƏBƏRLƏR

2019-03-20