2019-03-15 00:25:56   |   82 dəfə oxunub

Hindistanda körpü uçub, 5 nəfər ölüb



Hindistanın Mumbay şəhərində körpünün uçması nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, hadisə axşam saatlarında Çxatrapati Şivanji vağzalı yaxınlığında baş verib.

Tələfatın daha çox olacağı ehtimal edilir.

Hindistanın baş naziri Narendra Modi hadisə qurbanlarının ailələrinə baş sağlığı bildirib.




SON XƏBƏRLƏR

2019-03-20