2019-03-15 12:46:14   |   89 dəfə oxunub

"Gözləntilərimiz böyükdür"

Səidə Qocamanlı: "Fuad Ələsgərovla 54 nəfərlik əfv siyahımız barədə danışdıq"


İnsan Haqları üzrə İşçi Qrupunun üzvləri, tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı martın 13-də Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fuad Ələsgərovla görüşüblər.

Novella Cəfəroğlunun sözlərinə görə, Fuad Ələsgərovla görüşdə çoxsaylı məsələlərlə bağlı ətraflı söhbət olub: "Həm siyasi məhbuslar məsələsi, həm QHT-lərin durumu, həm Qarabağ məsələsi ilə bağlı, bir sözlə, çox məsələlər ətrafında söhbət etdik. Fuad müəllim bizi ətraflı dinlədi, fikir mübadiləsi apardıq”.

Prezidentin əfv sərəncamını imzalayacağını gözlədiklərini deyən Novella Cəfəroğlu qeyd etdi ki, məhbuslar siyahısını Əfv Komissiyasına təqdim ediblər və siyahının hamısına baxılıb. Konkret kimlərin əfv siyahısında olacağını isə cənab prezidentin əfv sərəncamı veriləndə ictimaiyyət biləcək.
N.Cəfəroğlu vurğuladı ki, əfv sərəncamından sonra hüquq müdafiəçiləri olaraq mətbuat konfransı keçirməyi planlaşdırıblar.

Digər hüquq müdafiəçisi Səadət Bənənyarlı Fuad Ələsgərovla baş tutan görüşün işgüzar olduğunu deyib. Onun sözlərinə görə, görüş çərçivəsində bir sıra məsələlər müzakirə olunub: "Bilirsiz ki, bir müddət əvvəl 54 nəfərlik əfv siyahımızı Əfv Komissiyasına göndərmişik. Həmin siyahı barəsində danışdıq. Gözləntilərimiz böyükdür. Güman edirəm ki, Əfv sərəncamı imzalanan zaman bizim siyahıda olan şəxslər də nəzərə alınıb adı salınacaq”.

Şəymən





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25