2019-03-15 13:10:51   |   121 dəfə oxunub

İran-Azərbaycan sərhəddində nələr və niyə yaşanır ? – Analitikdən izah


"Son vaxtlar İran–Azərbaycan sərhəddində baş verən hadisələr göstərir ki, xəbərdarlıq atəşindən sonra onlar bizim sərhədçilərə qarşı silahdan istifadə edirlər”.

Bunu "Sherg.az”a açıqlamasında analitik Arzu Nağıyev deyib.

O qeyd edib ki, məhz bunun qarşısını almaq üçün hərtərəfli əməkdaşlıq həyata keçirilir:

"Həm onların qoşunlarının rəhbərliyi, həm də Azərbaycan Sərhəd Qoşunları rəhbərliyi mütamadi görüşlər keçirir və bunun qarşısının alınması üçün planlar hazırlayırlar. Sərhədin pozulduğu ərazilər narkotik qaçaqmalçılığı həyata keçirilən ərazilərdir.

Məlum məsələdir ki, mütamadi olaraq İran tərəfindən qanunsuz yolla kuryerlər narkotik vasitə daşıyır. Hazırda narkotikin çox yüksək qiymətə satılma dönəmidir. Onlar sərhədin hansı hissələrində boşluq müşahidə edirlərsə, ordan keçməyə çalışırlar.

Bundan başqa həmin ərazilərdə sərhəddi qoruyan sərhədçilərin mütamadi olaraq hansı ərazilərdə durduqlarını daim izləyirlər və bu metodla da qaçaq malları və narkotik vasitələri keçirməyə çalışırlar. Məhz bunların qarşısını almaq istəyən Azərbaycan sərhədçiləri də müxtəlif üsullarla onların qarşısını almağa çalışır. Və atəş xəbərdarlığından sonra təbii ki, atışma baş verir”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-03-21