2019-03-15 14:01:09   |   68 dəfə oxunub

“Forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz bir daha ortaya qoyuldu” - Deputat



"VII Qlobal Bakı Forumu Azərbaycan üçün bir tərəfli yox, hərtərəfli xeyirli tədbirdir”.

Bu barədə "Sherg.az”a millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə belə bir beynalxalq tədbirin keçirilməsi ilk dəfə deyil:

"Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər ölkəmizin dünyada daha mükəmməl, yaxından tanınması üçündür. 

Bu cür forumlar Azərbaycan həqiqətlərini, ölkəmizin problemlərini, onların həllini dünyaya göstərir. Bildiyimiz kimi, forumdan 50-dən çox dövlətin, beynəlxalq qurumların rəsmiləri iştirak edir. Ölkəmiz ev sahibliyi etdiyi həmin tədbirdə dünyaya, beynəlxalq qurumlara bir çox mesajlar verir. Bunlar da ölkəmiz üçün çox vacibdir. 

Elə cənab Prezident Forumda bütün bu faktorlara bir-bir toxundu. Çünki hazırda Azərbaycanda inkişaf, mədəniyyət, bir çox xalqların birlikdə sabit vəziyyətdə yaşaması kimi nümunələr var ki, onları bəzi dövlətlər öryənməlidir. 

Dünyanın əksər yerində, o cümlədən demokratiya və insan hüquqlarından danışan Avropanın bir neçə ölkəsində məscidlər yandırılır, müsəlmanlar və ya başqa millətlərə qarşı təzyiqlər artır. Amma Azərbaycanda bunların heç biri yoxdur. Ölkəmizdə dostluq, talerantlıq, multikulturalizm nümunəsi var. Bütün bunların hamısı da dünyaya çatdırılır. 

Həmçinin VII Qlobal Bakı Forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi bir daha ortaya qoyuldu. Ölkəmizin formun iştirakçılarından hüququn, haqqın, ədalətin tərəfində olmasını tələb etməsi Azərbaycan adına çox vacib amildir. Bu forumun ölkəmizə müsbət cəhətləri çoxdur. Çünki dünyanın dörd bir yanından gələn diplomatlarla debatda həm onlar, həm də biz bir çox yeniliklər öryənirik. Bir Azərbaycan vətəndaşı kimi ölkəmizin belə mötəbər layihələrə ev sahibliyi etməsindən qürur duyuram”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20