2019-03-15 15:30:19   |   217 dəfə oxunub

Piylənmə, diabet, xərçəng: Qəlyan siqaretdən daha təhlükəlidir – Eksperiment


Qəlyan siqaretlə müqayisədə insan orqanizmi üçün daha riskli və daha təhlükəlidir.

"Sherg.az” "sciencesetavenir.fr”(elm və gələcək) ə istinadən xəbər verir ki, bu barədə britaniyalı tədqiqatçıların” Diabetology and Metabolic Syndrome” başlıqlı məqaləsində qeyd olunur. 

Yazıda vurğulanır ki, qəlyan insanlarda kəskin metabolik sindrom, piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri yaradır.

Professor Qorden Fern həmin yazıda diqqətə çatdırır ki, bir sessiyalıq qəlyanın mənfi təsiri bir paçka siqaretin təsirindən daha çoxdur. Çünki onun ifraz etdiyi zəhər daha təsirli olur. Çünki bir siqaret 20 nəfəslə qurtarırsa, bir qəlyanı 20 nəfəsə qurtarmaq mümkün deyil. Belə olan halda ağır metal və xərçəng yaradan kimyəvi məhsulları bədənə daha çox hopur.

Məqalədə bildirilir ki, alimlər siqaret və qəlyanın mənfi təsirlərini daha dəqiq öyrənmək üçün 9 min 840 adam üzərində eksperiment aparıblar.

Həmin insanlardan 6 min 742-i siqaret çəkməyən, 976 –i uşaqlıqdan siqaret çəkən, 864 -ü müəyyən yaşdan sonra siqaret çəkən, 1067 -i qəlyan çəkən, 41 nəfər isə həm qəlyan, həm də siqaret çəkən olub. 

Onların, piylənmə, xolesterol, ürək-damar xəstəlikləri, şəkərli diabet xəstəlikləri və metabolik sindromları yoxlanılıb. Məlum olub ki, bu xəstəliklər siqaret çəkənlərlə müqayisədə qəlyan çəkənlərdə daha ağır, daha kəskin formada yaranır.

Tərcümə etdi Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25