2019-03-15 18:05:27   |   190 dəfə oxunub

Təbii qaz limiti ləğv edilsin - Deputatlar parlamentdə məsələ qaldırdılar


Bu gün Milli Məclisin iclasında deputatlar hökumətə əhali qrupu üzrə istehlak olunan təbii qazla bağlı limitə yenidən baxmağı təklif edib.

ONA-nın məlumatına görə, millət vəkili Musa Qasımlı Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər. O, hökumətin bu məsələyə baxmasını istəyib.

Deputat Fəzail Ağamalı da deyib ki, deputatlara təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir: "Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidir və bu da ölkəmizdə tətbiq oluna bilər”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25