2019-03-15 18:12:16   |   156 dəfə oxunub

“Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır” - Ekspert



"Bizim iqtisadiyyatda enerji sektoru hegemon mövqe tutur və ölkənin əsas gəliri də neft-qaz ixracındadır”.

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, Azərbaycanın çox nəhəng enerji ehtiyatları var: 

"Bu ehtiyatlardan fayda götürmək üçün onların istehsalı və satışı vacibdir. Lakin bu enerji istehsalı və ixracı da çox böyük layihələrin reallaşması nəticəsində mümkün olur. Layihələrdə müxtəlif yüz minlərlə insan işləyir, texnika, mal və material təminatı ilə bağlı xeyli müəssisə də gəlir əldə edir. Buradan tək biz yox, bir neçə ölkə gəlir əldə edir. Üstəlik, enerji təhlükəsizliklərini artırırlar. Bu səbəbdən də neft və qaz kəmərlərinin keçdiyi ölkələr və alıcı ölkələrlə (Rusiya, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya və s.) həm siyasi həm də iqtisadi münasibətlər yeni müstəviyə keçir. Yəni, bizim karbohidrogen ehtiyatlarımız, onların çıxarılması və ötürülməsi təkcə bizə deyil, bir neçə ölkəyə fayda gətirir”.

İqtisadçı bəyan edib ki, məhz bu səbəblərə görə Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır: 

"Həm də aparılan işlər təkcə neft və qaz istehsal və ixrac etmək üçün yox, həm də tranzit xətlər qurmaqdan ibarətdir. Başqa sözlə, Azərbaycan təkcə neft-qaz istehsalçısı və ixracatçısına deyil, həm də enerji qovşağına çevrilib. Bundan da ölkəmiz həm siyasi, həm iqtisadi dividentlər əldə edir”.

Qeyd edək ki, VII Qlobal Forumun açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur: "Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25