2019-03-15 19:55:46   |   1070 dəfə oxunub

“Paşinyan beynəlxalq təzyiqlərə məruz qalmaqdadır” – Aktual şərh



"Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tuta bilər, amma Paşinyanla müzakirədən ciddi nəticə gözləməyə dəyməz”.

Bunu "Sherg.az” açıqlamasında politoloq Azər Rəşidoğlu Azər Rəşidoğludeyib.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan eks-prezidentlər Koçaryan və Sarkisyanın dediyini təkrarlayır. Deyir ki, "mərhələli həll planında xalqların öz müqəddəratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilər:

"Prosesin təhlili onu göstərir ki, Paşinyan hər hansı addım atmaqdan çəkinir. Çünki hakimiyyətinin qeyri-stabil vəziyyətdə olduğunun fərqindədir. Paşinyanın bir sıra qərarları və məcburi atdığı addımları onun rejiminin çökməsinə gətirib çıxara bilər. Baş nazirin qarabağlılarla hansısa razılıq əldə etmək və müzakirələr aparmaq cəhdi Paşinyanın zəifliyinin təzahürüdür.

Eyni zamanda, Paşinyanın ziddiyyətli və çaşdırıcı açıqlamaları onu nümayiş etdirir ki, o, sülh prosesinin nədən ibarət olduğunu bilmir. Ümumiyyətlə, bu istiqamətdə gedən proseslərlə bağlı Paşinyan özü də dəqiq məlumata malik deyil.

Dağlıq Qarabağda keçirilən toplantılar da göstərir ki, Ermənistan rəhbərliyi sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Çünki son dövrlər Paşinyan münaqişənin həlli ilə bağlı beynəlxalq təzyiqlərə məruz qalmaqdadır”.

Siyasi şərhçi hesab edir ki, ona görə də bu cür addımlar atmaqla, o, vaxt qazanmaq istəyir. Bunu artıq rəsmi İrəvan da etiraf edir:

"Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika qeydə alınıb.

Nazir əlavə edib ki, Ermənistan tərəfi tamamilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatına güvənir. Beləliklə, Paşinyan diplomatiyası ziddiyyətli manevrlər edir.

Artıq İrəvan Minsk Qrupu çərçivəsində danışıqları davam etdirmək istəyini bildirir. Proseslərin sonrakı taleyi Ermənistandakı vəziyyətin inkişafından asılı olacaq. Paşinyan iki od arasında qalıb və Qarabağla bağlı populist bəyanatlar verməklə özünü qorumaq istəyir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25