2019-03-15 20:10:22   |   805 dəfə oxunub

“Ermənistandakı bəlaların başında bacarıqsız Paşinyan durur” - Siyasi şərhçi



"Məncə, artıq Ermənistanın və erməni lobbisinin beynəlxalq arenada zəifləməsi prosesi başlayıb”.

Bu barədə "Sherg.az”a siyasi şərhçi Anar İmanov bildirib.

Analitikin sözlərinə görə, Ermənistandakı diktatura rejimi və özünü "hegemon” kimi aparması artıq bir çox dövlətləri narahat etməyə başlayıb:

"Bu, bir neçə faktorla bağlıdır. Birincisi və önəmlisi Ermənistanın faktiki rəhbəri, baş nazir Nikol Paşinyanın zəif bir siyasətçi olduğunu artıq hamı görür, dərk edir. Paşinyanın mövqelərin zəifləməsi, anlaşılmaz açıqlamaları, zəif siyasəti Ermənistanı uçuruma sürükləyir. Bir neçə addımdan sonra Ermənistan o uçurumdan düşəcək, ölkədə xaos hökm sürəcək.

İkincisi, erməni lobbisi heç də Paşinyan kimi zəif fiqurdan razı deyil. Paşinyanın fəaliyyəti erməni lobbisini sadəcə əsəbləşdirir. Üçüncüsü, Paşinyanın anlaşılmaz fəaliyyəti ölkə daxilində də narazılıqla qarşılanır. Buna sübut bitməyən etiraz aksiyalarıdır. Hər gün Ermənistanda etiraz aksiyaları keçirilir və hər gün onların qarşısı böyük şiddətlə alınır”.

Ekspert bəyan edib ki, artıq Rusiya da öz forpostun hərəkətlərindən bezib:

"Təzəlikcə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər. 

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatı ilə bağlı dəfələrlə bəyan edib ki, dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür:

 "Bu, təkcə bizim deyil, digər həmsədr ölkələrin də mövqeyidir”.

Yəni başa düşülən odur ki, artıq Rusiya Ermənistanın hər absurd bəyanatını ciddiyə almır və təkidlə bacarıqsız Paşinyana yerini göstərir. Hazırda Ermənistandakı bütün bəlaların başında bacarıqsız Paşinyan durur. 

Qısa vaxtda Nikol hamı ilə münasibətləri gərginləşdirdi. Düşünürəm ki, Paşinyan fəaliyyəti ilə ya Ermənistanı xaosa sürükləyəcək ya da daha normal fəaliyyət göstərib, ölkəni dalandan çıxaracaq. Bunun isə bircə yolu var - Azərbaycanın işğal edilən torpaqlarını azad etmək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25