2019-03-15 20:16:53   |   105 dəfə oxunub

Lavrov Türkiyəyə gedir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. 

Bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, S.Lavrovun səfəri martın 18-də baş tutacaq.

Rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.




SON XƏBƏRLƏR

2019-03-25