2019-03-16 01:12:46   |   406 dəfə oxunub

Bir həftə evə gəlməyən ərini rüsvay etdi! Ağ köynəyə baxın, nə yazdı?



Türkiyənin Bolu şəhərində ərinin 1 həftədir evə gəlməməsinə əsəbiləşən qadın, həyat yoldaşının paltarlarını evlərinin qarşısında olan avtomobilin üzərinə atdı. Sherg.az türk mediasına istinadən xəbər verir ki, hirsli qadın avtomobilin şüşəsinə sərdiyi ərinin köynəyinə qeyd yazdı.








 Hadisə Şeypurlar məhəlləsində baş verib. İddiaya görə qadın ərinin evdə olan paltarlarını evin qarşısında park halında olan avtomobilinin üzərinə atıb, ağ köynəyinin üzərinə də "Evə gəlməyinə ehtiyac yoxdur, əşyalarını gətirdik, tərbiyəsiz" yazdı. Qeyd yazdığı köynəyi avtomobilin yan şüşəsinə sərən qadın, ərinin ayaqqabılarını da avtomobilin ön şüşəsinə qoydu. Avtomobili görən vətəndaşlar, maraqlı hadisənin şəkillərini çəkib. (DHA)

Turan




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25