2019-03-16 07:58:30   |   109 dəfə oxunub

ABŞ və Çin liderlərinin görüşü iyuna qədər uzana bilər


ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tsinpin ticarət sövdələşməsinin imzalanmasını iyuna qədər təxirə sala bilər. Buna səbəb kimi razılaşmanın başa çatdırılmasına gözlənildiyindən daha çox vaxtın tələb olunması göstərilir.

ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə South China Morning Post nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, apreldə nəzərdə tutulan görüş o qədər də inandırıcı görünmür. Çünki o vaxta qədər tərəflər mövcud uyğunsuzluqlar barədə yekun razılığa gələ bilməz. Belə ki, rəsmi Vaşinqton Çin tərəfinin üzərinə götürdüyü öhdəliklərə nəzarəti təmin etmək üçün hüquq-mühafizə mexanizminin işlənilməsinin vacibliyini əsas gətirib.

Martın 14-də ABŞ-ın maliyyə naziri Stiven Mnuçin də iki dövlət başçısının martın sonuna qədər görüşə bilməyəcəyini və danışıqlara qədər daha çox vaxtın tələb olunduğunu qeyd etmişdi.




SON XƏBƏRLƏR

2019-03-25