2019-03-16 12:19:37   |   91 dəfə oxunub

Bakı-Gəncə qatarlarında biznes yerlərdə gediş haqqı 50 faiz endirilib



Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.

"Azərbaycan Dəmir Yolları” QSC-dən "Report”a verilən məlumata görə, qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

"Novruz bayramı münasibəti ilə "Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - deyə məlumatda bildirilir.




SON XƏBƏRLƏR

2019-03-25