2019-03-18 16:36:35   |   150 dəfə oxunub

"Əlillərimizin avtomobillərlə təmin edilməsi olduqca əlamətdar hadisədir”

"Ölkə başçısının sərəncamı ilə əlillərimizin avtomobillərlə təmin edilməsi olduqca əlamətdar hadisədir”.

Bu sözləri "Sherg.az”a  açıqlamasında Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib.

Onun sözlərinə görə, əvvəllər də dövlətimiz tərəfindən Qarabağ müharibəsi əlillərinə avtomobillər verilirdi: 

"Prezidentimiz hər zaman müharibə əlillərinə xüsusi həssaslıqla yanaşıb. Lakin əlliliyi olan vətəndaşlara nəqliyyatların verilməsi ilə bağlı bəzi narazılıqlar da olurdu. 20 yanvar əlillərinə avtomobillər verilirdisə, başqa kateqoriyadan olan və dövlət uğrunda sağlamlığını qurban vermiş şəxslərin bəzi narahatlıqları olurdu. Lakin ölkə başçısı imzaladığı son sərəncamla bu kimi məsələlərin həllinə nail oldu. Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatında iştirak edən igid oğullarımız avtomobilləri tam haqq edirlər. Prezidentin bu addımı Azərbaycan ictimaiyyətində çox geniş müzakirələrə səbəb olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev18 mart 2019-cu il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılması tapşırılıb.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26