2019-03-18 18:05:38   |   108 dəfə oxunub

Güclü yağışlar İranda qatarların hərəkətini dayandırdı



İranın şimalında, Mazandaran vilayətində güclü yağıntılar torpaq sürüşməsinə səbəb olub.

Trend-in məlumatına görə, İranın Şimal Dəmiryol İdarəsinin baş direktoru Yusif Geran Paşa bildirib ki, torpaq sürüşməsi və daşqınlar vilayətdə qatarların hərəkətini dayandırıb.
Baş direktor əlavə edib ki, yol bağlı olduğuna görə, sərnişinlər avtobuslarla Pol-Sefid şəhərinə gətirilib və oradan qatarla Tehrana daşınıb.

G.Paşa güclü yağıntıların yolların açılmasına mane olduğunu və işlərin ləng getdiyini bildirib.




SON XƏBƏRLƏR

2019-04-18