2019-03-18 18:10:12   |   80 dəfə oxunub

Ali məktəblərə qəbul: 12 minədək abituriyent ərizəsi təsdiqlənib



Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən "Sherg.az"-a bildirilib ki, martın 18-i saat 16:00-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 7533 nəfər (Azərbaycan bölməsi-6225, rus bölməsi-1008) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 4238 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 4816 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.




SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20