2019-03-18 18:17:31   |   159 dəfə oxunub

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb



Gürcüstan parlamentinin hüquq məsələləri komitəsinin bugünkü iclasında deputatlar arasında dava olub.

AZƏRTAC xəbər verir ki, komitə iclasında hakimlərin seçilməsi ilə bağlı məsələ müzakirə olunub. Prosedur qaydaların müzakirəsi zamanı "Avropa Gürcüstanı” partiyasından olan deputat Otar Kaxidze ilə parlament çoxluğunun üzvü İrakli Bereya arasında qarşıdurma yaranıb.

Əlbəyaxa olan deputatları təhlükəsizlik xidmətini əməkdaşları sakitləşdiriblər.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26