2019-03-18 20:21:38   |   92 dəfə oxunub

İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz – Ərdoğan sərt danışdı

"Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam edir"


 Türkiyənin hər bir sakini Çanaqqala döyüşünün əhəmiyyətini anlamlıdır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Çanaqqala döyüşü sadəcə döyüş deyil. Həmin günlər Türkiyənin tarixi yazılıb və bunu anlamayanlar bu torpaqlarda yaşaya bilməzlər.

Türkiyə prezidenti vurğulayıb ki, Çanaqqala döyüşü Türkiyə xalqının tarixinə qanla yazılıb. Bu qələbə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əldə olunub.

Ərdoğan eyni zamanda Yeni Zelandiyada baş verənlərə də reaksiya verib: "Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam edir. Biz onlara cavab verməyə hazırıq və bu barədə Çanaqqaladan bəyanat veririk".

O, qeyd edib ki, İsrailin baş nazirinin oğlunun bəyanatları əksər hallarda Yeni Zelandiyadan olan terrorçunun sözləri ilə üst-üstə düşür. Bütün bu hücumlar bir mənbədən qaynaqlanır: "Türk xalqı həmişə bu torpaqlarda yaşayacaq. İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz".

Ərdoğan vurğulayıb ki, Türkiyə dara düşən hər kəsə, dünyada yaşayan bütün müsəlmanlar və türklərə dəstək olmağa hazırdır.






SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20