2019-03-18 20:27:47   |   116 dəfə oxunub

KİVDF 1-ci yerin qalib jurnalistlərini mükafatlandırdı



Bu gün Altun Saray restoranında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı və fondun yaranmasının 10 illiyi münasibətilə təşkil etdiyi jurnalist müsabiqəsinin qaliblərinin elan olunması tədbiri keçirildi.

Öncə KİVDF barədə çəkilən film nümayiş etdirildi. Ardınca fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyəti, jurnalist müsabiqəsi barədə məlumat verdi. O, bildirdi ki, ildən-ilə jurnalist müsabiqəsinə diqqət daha çox artır və bu müsabiqə jurnalistlərin daha da peşəkarlaşması istiqamətində mühüm nailiyyətlərə imza atıb.



Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov isə çıxışında Fondun Azərbaycan jurnalistikasının inkişafında mühüm rol oynadığını bildirdi.

Onun sözlərinə görə, Fondun yaradılması təşəbbüsünü prezident İlham Əliyev irəli sürüb: "11 il bundan qabaq KİVDF konsepsiyası yaradılıb. 10 il müddətində bu fondun media orqanlarına yardımı, dəstəyi tam şəffaf olub. Bu günə qədər jurnalistlərə və media orqanlarına yardım, mükafat və evlərin paylanmasında da tam şəffaflıq olub. Milli liderdən sonra İlham Əliyev qədər jurnalistlərə yardım edən ikinci siyasətçi tanımıram".

Millət vəkili, Respublika Ağsaqqallar Şurasının rəhbəri Fəttah Heydərov Azərbaycan mediasının inkişafında görülən işləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ölkənin inkişafının təbliğatında medianın rolu əvəzsizdir. Daha sonra qaliblər mükafatlandırılıb.

Ardınca yerli icra orqanları ilə media arasında əlaqələrin qurulması ilə bağlı ayrı-ayrı nazirlər və dövlət qurumu rəhbərləri fondun fəxri diplomu ilə təltif olundu. Fəxri diplomçular arasında mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət qurumları rəhbərləri, habelə ayrı-ayrı rayonların icra başçıları vardı. Bundan başqa, bayram törənində ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfiri, Kipr Türk Cümhuriyyətinin təmsilçisi, AzTV sədri də vardı. (musavat.com)





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20