2019-03-18 22:25:44   |   129 dəfə oxunub

Malayziyada 13 terrorçu saxlanılıb



Malayziya hüquq-mühafizə orqanları terror fəaliyyətində şübhəli bilinən 13 nəfəri saxlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziya Milli Polisinin başçısı Məhəmməd Fuzi Harun məlumat verib.

Onun sözlərinə görə, martın 11-12-də keçirilən xüsusi əməliyyat nəticəsində Filippinin 12 və Malayziyanın 1 vətəndaşı tutulub.
Bildirilib ki, onların azından 6-sı "Əbu Səyyaf” regional terrorçu qruplaşmasının üzvləridir. Antiterror əməliyyatı başa çatdıqdan sonra onların bir hissəsi Malayziyanın qonşu Sabah əyalətinə qaçıb.
Saxlanılan terrorçular 2017-ci ildə Filippinin Mindanao adasında yerləşən Maravi şəhərini ələ keçirərək bir neçə ay nəzarətdə saxlamaqda da şübhəli bilinirlər. Şəhərin azad edilməsi əməliyyatı nəticəsində 1100 terrorçunun öldürüldüyü, 500 000 sakinin isə Maravini tərk etdiyi bildirilir.




SON XƏBƏRLƏR

2019-06-27