2019-03-19 16:13:00   |   197 dəfə oxunub

"OPEC plus” bir çox ölkələrə mənfəət qazandıracaq

Problemin tarixini bilmək önəmli faktordur



Məlum olduğu kimi, Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin "OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. 

Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Yəni hazırda Bakıda "OPEC plus" formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti var. Bu da o deməkdir ki, Prezident öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüsləri ilə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Artıq Azərbaycanın və ölkə rəhbərinin siyasi iradəsi dünyada qəbul olunur və dəstəklənir.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az”a söyləyir ki, cənab Prezidentin tək bu proqnozu yox, bütün fikirləri bir çox ölkələrin gələcəyi qənaət olur:

"Zaman-zaman Azərbaycan dünyada bir çox həlledici və ya irimiqyaslı layihələrin təşəbbüskarı, reallaşdıranı olub. Hansı ki, təməli həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, digər neft-qaz kəmərləri və tranzit yol xətləri kimi layihələrin ideyası dünya ölkələri qarşısına çıxdıqda bir az şübhə ilə qarşılanıb. Amma bu gün reallıq heç də elə olmadı. Həmin layihələr nəinki region, dünya səviyyəsində xüsusi çəkisi olan obyektlər olub. Bütün bu görülən işlər Azərbaycan hökumətinin ideyası, fikri, təşəbbüskarlığı ilə həyata keçib. Eyni zamanda "OPEC plus” ölkələrinin də bir qurumunun yaradılması və OPEC tərəfindən onların fikrinin də dəyərləndirilməsi bir çox ölkələrə mənfəət qazandıracaq. O zaman bütün neft hasil edən ölkələr qarşılarındakı problemləri 3D formatında görəcək və ona uyğun sağlam addım atacaq. Fikrimcə, bu sahədə cənab Prezidentin uzaqgörənliyi ilə yanaşı, həm də qarşıda duran problemlərin tarixini bilmək kimi bir önəmli faktor var. Ona görə də ölkə başçısının verdiyi bir çox proqnozlar sonda öz əksini tapır. Məncə, cənab Prezidentin bir çox fikirləri əksər dünya ölkələrinin sonda gələcəyi qənaət olacaq”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20