2019-03-20 10:58:17   |   100 dəfə oxunub

Prezident İlham Əliyev: Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək



Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək.

"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir.

İlham Əliyev qeyd edib ki, keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş verib:

"Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcək”.




SON XƏBƏRLƏR

2019-04-18