2019-03-20 11:37:56   |   108 dəfə oxunub

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir



Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir.

"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir”.

İlham Əliyev vurğulayıb ki, şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir: "On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır”.




SON XƏBƏRLƏR

2019-06-18