2019-03-20 17:22:19   |   97 dəfə oxunub

Gecə yatarkən yaxalandılar: 350-dən artıq can itkisi var - FOTOLAR



 İnsanlar gecə yatarkən yaxalandı. Bəzi şəhərlər az qala xəritədən silindi. Dünya, Mozambik, Zimbabve və Malavidən gələn xəbərlə sarsıldı. "Idai" tayfunu keçən həftə cümə axşamı günü okeandan quruya çatıb. Tayfun liman şəhəri olan Beiraya çırpılanda sürəti 177 kilometr idi. Tayfundan geriyə yox olmuş şəhərlər qaldı. Yarım milyon insanın yaşadığı Beiradan qorxunc fotolar gəlir. Şəhərdə haradasa bütün ana yollar sel altındadır. Bütün elektrik enerjisi kəsilib, əlaqə yaratmaq zorlaşıb.




Sherg.az xarici media istinadən xəbər verir ki, Beiranın əsas xəstəxanası böyük zərər görüb. Amerikanın Associated Press (AP) xəbər agentliyi, 350-dən artıq can itkisinin təsdiqləndiyini bildirir.
Yüzlərlə insan hələ də itkindir. Mozambik lideri Filipe Nyusi verdiyi açıqlamada can itkisinin 1000-i aşa biləcəyini söyləyib. Ölkədə sel suları qurunun içində sanki bir okean əmələ gətirib. On minlərlə ailə təhlükə altındadır. Avropa Birliyi beynəlxalq müşahidə proqramı, 100 min insanın risk altında olduğunu bildirib. 







Hazırda 400 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yerli idarəçi Manual Rodrigues, Maputo şəhərində çox sayda insanın qapalı qaldığını və təcili xilasetməni gözlədiyini açıqladı. Yüzlərlə ev yox olub. Qruplar fəlakət zonasındakı insanlara havadan yemək, su və ədyal atır. Qızıl xaç təşkilatının nümayəndəsi  Jamie LeSueur, mənzərəni "Bu Mozambik tarixindəki ən pis insani böhrandır" sözləriylə izah edib. Ölkə diametrində təxminən 300 kvadrat kilometrlik sahə sel sularıyla əhatələnib. Pungue və Buzu çayları daşıb. Dünya Qida Proqramı təşkilatından Herve Verhoosel, böyük bir insani fəlakət yaşandığını və zamana qarşı yarışdıqlarını söyləyir. Qonşu ölkə Zimbabvenin xüsusilə Mozambik sərhədindəki dağlıq bölgəsində vəziyyət dəhşətlidir. Sərhəd qəsəbəsi Chimanimani'də yaşayan Zacharia Chinyai, fəlakətdə 12 yaxınını itirib. Chinyai, qohumlarının evləriylə birlikdə basdırıldığını söyləyir.  "Böyük sürpriz oldu. Radiodan eşitmişdik, ancaq qurban ola biləcəyimizi heç düşünməmişdik. Kimsə bizə dağıdıcı olacağını söyləmədi."

Turan




SON XƏBƏRLƏR

2019-04-20