2019-03-20 17:38:20   |   114 dəfə oxunub

Özbəkistanda cins və yarış atlarına “pasport” veriləcək



Özbəkistan hökumətinin qərarı ilə cins və yarış atlarına "at pasportu” veriləcək.

AZƏRTAC xəbər verir ki, bu sənəd at sahibinin tələbi ilə ona təqdim olunacaq. Bu sənəd olmadan cins və yarış atlarını hərraclarda, yarışlarda, milli və klassik at-idman oyunlarında, digər idman yarışlarında iştirakı, həmçinin atlardan xidməti işlərdə istifadə etmək mümkün olmayacaq.

"At pasportu” almaq üçün at sahibinin minimum əmək haqqının beş misli qədər məbləğ ödənilməlidir. Əldə edilən məbləğ atçılıq və at idmanının inkişafı Fonduna köçürüləcək.




SON XƏBƏRLƏR

2019-04-20