2019-03-20 18:33:59   |   103 dəfə oxunub

Bakı sakinindən “Revolver” tipli tapança götürülüb


Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan "Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-04-20