2019-03-20 19:10:14   |   193 dəfə oxunub

İngiltərə klubu 1 funt sterlinqə satılır


İngiltərənin "Derbi Kaunti” klubu satışa çıxarılıb. ONA-nın məlumatına görə, Mel Morris sahibi olduğu klubu cəmi 1 funt sterlinqə satmaq niyyətindədir.

Buna səbəb "Derbi Kaunti”nin milyonlarla borcunun olmasıdır. Klubu alacaq şəxs ildən-ilə artan bu borcu da ödəmək məcburiyyətində olacaq.

Əfsanəvi futbolçu Frenk Lempardın baş məşqçisi olduğu "Derbi Kaunti” Çempionsipdə çıxış edir. Hazırda komanda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 1884-cü ildə yaradılan klub iki dəfə İngiltərə çempionu olub.




SON XƏBƏRLƏR

2019-04-20