2019-03-20 20:37:19   |   179 dəfə oxunub

"Beşiktaş"ı 8 tur Quti Hernandes çalışdıracaq



"Şenol Günəşdə inciməmişəm. Bu duyğusal yox, peşəkar işdi". Fanat.Az xəbər verir ki, sözləri "Beşiktaş"ın prezidenti Fikrət Orman deyib.

Klub rəhbəri son 8 turda komandaya Quti Hernandesin rəhbərlik edəcəyini bildirib: "Qutiyə şans verməliyik. Şenol Günəşlə danışacağıq, qarşıdakı 8 həftədə komandaya Quti rəhbərlik edəcək. Quti önəmli bir fiqur və futbol adamıdı. Biz onu bura gətirərkən gələcəklə bağlı planlarımız var idi. 8 turda özünü göstərərək onunla bağlı fikirlərimizi qətiləşdirəcək. Şenol Günəşlə danışacağıq, ona daha çox səlahiyyət verməsini istəyəcəyik. Şenol Günəşin fikirləri önəmlidi, amma biz də qərar verməliyik".

Şenol Günəş Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, mövsümün sonunadək həm də "Beşiktaş"a başçılıq edəcək.

Fikrət Orman iki futbolçu ilə yollarını ayıracaqlarını bildirib: "Gələn mövsüm Tolqa Zəngin və Gökhan Törə ilə çalışmağı düşünmürük. Onlar müqavilələrinin bitirilməsini istədilər. Başqa klubda oynamağı planlaşdırırlar".




SON XƏBƏRLƏR

2019-04-23