2019-03-21 12:11:45   |   332 dəfə oxunub

Telefonla danışanda niyə hərəkət edirik? – Alimlərdən müfəssəl izah




Hər gün küçədə, işdə, bazarda telefonla danışarkən hərəkət edən insanlara çox rast gəlirik. Ümumən nadir hallarda hərəkətsiz telefonla danışan adam olur. Əksəriyyət telefonla danışa-danışa müxtəlif hərəkətlər edir. Bir haldakı telefondakı həmsöhbətimiz bizi görmür, bəs biz niyə hərəkət edirik ? Doğrudur bu məsələ ilə bağlı konkret bir elmi izah olmasa da, alimlər müəyyən izlərdən yola çıxaraq bu suala cavab tapa biliblər.

« Sherg.az»  « lefigaro.fr»ə istinadən əbər verir ki, sosial psixologiya üzə mütəxəssis Kristof Haq düşünür ki, telefonla danışa-danışa hərəkət etmək insanın fikrini toplamağa köməlik edir, onda zehni gücləndirir və hər hansı bir fikrin formalaşmasını sürətləndirir:

« Çünki hərəkətdə olan insanın bütün əzələləri yaxşı işləməyə başlayır. İnsan hərəkət edərkən onun beyni daha yaxşı çalışır ».

Bundan başqa K.Haq deyib ki, eramızdan əvvəl bizim əcdadlarımız da hər hansı bir təhlükə his edəndə stressi atmaq üçün mağaradan çıxıb yeriyirmişlər.

Həmçinin K.Haaq bildirib ki, bəzən telefonda kədərli bir hadisədən danışan insanlar əl və ayaqlarını hərəkət etdirirlər:

« Çünki eşitdikləri xəbər onları rahatsız edir. Və onlar rahasızlıqlarını bu cür hərəkətlərlə ifadə edirlər. Eyni zamanda danışa-danışa hərəkət etmək həm də səbirsizliyi aradan qaldır.

« Aix-Marseille » Universitetinin professoru Jan-Jak Temprado qeyd edib ki, hərəkət insanda enerjini parçalayır və insanın rahatlaşdırır, gərginliyi azaldır ».

Lil Universitetinin psixologiya üzrə professoru Marion Lüyanın qənaətincə, danışa-danışa hərəkət edənlər daha çox emosional insanlar olur:

« Onlar bu yolla həm emosiyalarınına nəzarət edirlər ».

Tərcümə etdi : Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-18