2019-03-21 13:22:11   |   194 dəfə oxunub

“Qazaxıstan Azərbaycanla əlaqələri yüksək səviyyədə saxlayacaq” – Regional şərtlərin tələbi

"Qazaxıstanla Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq mövcuddur. İki ölkə demək olar ki, qonşu ölkədir. Çünki Xəzər dənizində su sərhədlərinə malikdir. Qeyd edim ki, MDB məkanında ölkəmizin sıx tellərlə bağlı olduğu məhz bu ölkədir. Elbaşı Nursultan Nazarbayev daim ölkəmizə qarşı müsbət jestləri ilə yadda qalıb. Məhz onun dövlət başçısı kimi fəaliyyəti Xəzər dənizində ölkələrimiz arasında hüquqi statusa görə heç bir problem olmayıb”.

Bu barədə "Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert qeyd edib ki, Nazarbayevin fəaliyyəti iki türk dövlətinin milli maraqlarına cavab verirdi:

"Hazırda geopolitik şərtlər çərçivəsində Elbaşının istefası verməsinə baxmayaraq, ölkənin idarə olunmasında əsas söz sahibi olacaq. Təhlükəsizlik şurasının sədri kimi prezident xarici siyasətdə bununla məslətləşəcək. 

Bundan əlavə senatın keçmiş sədri də bu hakimiyyətin kadırıdı və ölkəmizlə ikitərəfli siyasi-iqtisadi əlaqələrə önəm verəcək. Həmçinin regional şərtlər tələb edir ki, Qazaxıstanda kimlərin hakimiyyətdə olmasına baxmayaraq Azərbaycanla əlaqələri yüksək səviyyədə saxlasın. Çünki bu ölkə ölkəmiz üzərindən qısa və sərfəli marşutla öz neftini Avropaya çıxarır. 

Yükləri bərə vasitəsi ilə Bakı-Tiflis -dəmiryolu vasitəsi ilə daşımaq planı var. Məhz dəmir İpək yolunun Çindən başlayaraq Qazaxıstan üzərindən Azərbaycandan Avropaya keçir. İki ölkə məhz nəqliyyat sahəsi vasitəsi ilə birbiri ilə bağlıdır. Bu onu göstərir ki, iki ölkənin strateji əmıkdaşlığı bundan sonrada inkişaf edəcək. 

Hesab edirəm ki, iki türk dövləti müəyyən müddətdən sonrada hərbi -texniki və müdafiə sahəsində də əməkdaşlığı dərinləşdirəcək. Yeni müqavilələr bağlanması istiqamətində danışıqlar aparmalıdır. Azərbaycan Qafqazın, Qazaxıstan və Mərkəzi Asiyanın açarıdı. İki ölkə birbirinə dəstək verməli və birgə əməkdaşlığı davam etdirməlidir. Hesab edirəm ki, bu belə də olacaq. İkitərəfli əməkdaşlıq üçün böyük iqtisadi potensial var”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26